“Roma”nın qapıçısı Rui Patrisiunun komandasının yeni transferi Pauo Dibalaya ümidləri böyükdür.
Fanat.Az xəbər verir ki, "Sky İtalia" portuqaliyalı qapıçının dediklərini belə çatdırıb:
“Mən onun rəqib kimi bacarığını çox yaxşı bilirəm, çünki o, əvvəllər “Yuventus”da bizə qarşı oynayırdı. Dibala əla futbolçudur, onun keyfiyyətlərini nəzərə alsaq, o, “Roma”nı daha da gücləndirəcək.
Əminəm ki, onunla birlikdə komanda olaraq böyüyəcəyik".
Emin