Paulo Dibalanı heyətinə qataraq növbəti mövsüm üçün iddiasını ortaya qoyan "Roma" daha bir tanınmış hücumçunun transferini tamamlamaq üzrədir.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "canavarlar" İtaliya millisinin 28 yaşlı forvardı Andrea Belotti ilə razılığa gəlib.
Xəbərə görə, paytaxt klubu Belottiyə illik 2,8 milyon avro əməkhaqqı ödəməyi planlaşdırır. Mənbə sözügedən oyunçunun "Roma"da olduğu müddətdə müxtəlif bonuslar şəklində əlavə pul qazana biləcəyini də vurğulayıb. Danışıqlarda Roma təmsilçisinin baş məşqçisi Joze Mourinyunun şəxsən iştirak etdiyi bildirilib.
Xatırladaq ki, Belotti 2015-ci ildən formasını geydiyi "Torino"dan bu yay ayrılıb. Azad agent statusu daşıyan italiyalı hücumçu daha öncə "Valensiya" və "Vilyarreal"ın təklifini geri çevirib.
Nihat