"Roma" bunu bacaran ilk komanda oldu

"Roma" bunu bacaran ilk komanda oldu

Konfrans Liqasının ilk qalibi kimi tarixə düşən İtaliyanın “Roma” klubu həm də bu yarışda qeyri-adi göstərici ilə yadda qalıb.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi turnirin bütün oyunlarında qol vuran ilk klub olub.

Joze Mourinyunun yetirmələri son avrokubok mövsümündə 15 oyun keçirib. 

"Roma" 2022/2023 mövsümündə Avropa Liqasında iştirak edəcək. 

Qeyd edək ki, mayın 25-də keçirilən Konfrans Liqasının final oyununda “Roma” və “Feyenoord” komandaları üz-üzə gəlib. Tiranada (Albaniya) keçirilən həlledici görüşdə italiyalılar güclü olub – 1:0. "Roma"nın qələbə qoluna 32-ci dəqiqədə Nikolo Dzanyolo imza atıb.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər