"Roma" bu gecə "Liverpul"la oyuna yeniliklə çıxacaq - FOTO

"Roma" bu gecə "Liverpul"la oyuna yeniliklə çıxacaq - FOTO

Çempionlar Liqasının yarımfinal mərhələsində bu gecə "Liverpul”la üz-üzə gələcək "Roma” ilk görüşə yeni formada çıxacaq.

 

Fanat.Az-ın məlumatına görə, nəhayət, yeni sponsor tapan paytaxt klubunun formasında titul reklamı yerləşdirilib. Bundan sonra "Roma” futbolçuları sinəsində "Qatar Airways” yazılan futbolkalarla oynayacaq.

 

Son 5 ildə heç bir reklamdan istifadə etməyən "Roma" bu mövsüm İtaliya A seriyasında oyun formasında heç bir əlavə yazı olmayan iki klubdan biri kimi diqqət mərkəzinə düşüb. 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər