"Roma" baş məşqçisini qovur

"Roma" baş məşqçisini qovur

"Roma” baş məşqçi Eusebio Di Françesko ilə yolları ayırmağa yaxındı.

 

Fanat.Az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, çalışdırıcının istefaya göndərilməsi gündəmdədi.

Paytaxt klubunun rəsmiləri bu posta yeni namizədi də artıq müəyyənləşdirib. Belə ki, rəhbərlik komandanı Vinçentso Montellaya həvalə etmək fikrindədi. Di Françesko artıq dekabrın 2-də qovula bilər. Komanda həmin gün A seriyasının XIV turunda "İnter”ə məğlub olsa, onunla yollar ayrılacaq.

Qeyd edək ki, 1999-2009-cu illərdə "Roma”nın formasını geyinmiş 44 yaşlı Vinçentso Montella baş məşqçi kimi "Fiorentina”, "Sampdoriya", "Milan” və "Sevilya”da çalışıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər