Rocers "Nyukasl"a keçməyəcək - İDDİA

Rocers "Nyukasl"a keçməyəcək - İDDİA

"Lester Siti"nin baş məşqçisi Brendan Rocersin "Nyukasl Yunayted"in baş məşqçi postunu tutmayacağı bildirilib.

Fanat.Az xəbər verir ki, jurnalist Con Persi "Twitter" hesabında Rocersin aldığı 5 illik müqavilə təklifinə rəğmən, "Lester"də qalmaq istədiyini yazıb. Mənbə iddia edib ki, çalışdırıcı qərarını dəyişdirməyəcək.

Daha öncə "ağ-qaralar"ın indiki baş məşqçisi Stiv Brüsün bu həfətənin sonunadək postundan göndəriləcəyi, "Nyukasl" bosslarının Rocersə görə "Lester"ə 16 milyon təzminat ödəməyə hazır olduğu barədə informasiyalar yayılmışdı.

Xatırladaq ki, oktybarın 7-də "sağsağanlar"ın yeni sahibi müəyyənləşib. Klubun səhmlərinin böyük hissəsi Səudiyyə Ərəbistanının PIF fonduna satılıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər