Roberto De Zerbi "Liverpul"un ulduzunu istəyir

Roberto De Zerbi "Liverpul"un ulduzunu istəyir

"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi hücum xəttini gücləndirmək məqsədilə "Liverpul"un niderlandlı forvardı Kodi Qakponun transferini tələb edib.

Fanat.Az xəbər verir ki, London təmsilçisi Arne Slotun gəlişindən sonra komandada gələcəyi qeyri-müəyyən olan 27 yaşlı futbolçuya 2031-ci ilə qədər müqavilə və əsas heyətdə mühüm rol təklif etməyə hazırdır.

Rəhbərliyin bu keçid üçün "Liverpul"a minimum 60 milyon funt-sterlinqdən çox bir məbləğ ödəməli olacağı bildirilir.

Digər tərəfdən, "Tottenhem" Sandro Tonali üçün də 100 milyon funt-sterlinqdən yuxarı yeni bir təklif hazırlayır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər