"Qarabağ"ın sabiq üzvü və millimizin futbolçusu Riçard Almeyda karyerasını Qazaxıstanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Azerifootball.com" məlumat yayıb.
Xəbərə görə, Almeyda "Astana" klubuna keçib. O, Roman Qriqorçukun başçılıq etdiyi komanda ilə 2 illik müqaviləyə imza atıb. Milli futbolçumuz yeni klubunda ilinə 1 milyon dollar qazanacaq.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2017/2018 mövsümündə "Qarabağ"ın heyətində 21 matçda meydana çıxıb və 6 qola imza atıb.
Fanat.Az