Avropa Liqasında iştirak etmək hüququ qazanan Makedoniyanın "Renova" klubunun futbolçusu Florian Kadriu tezliklə Azərbaycanda legioner həyatı yaşaya bilər.
Sport24.az-ın əldə etdiyi məlumata görə, Premyer Liqa klublarımızdan biri yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bu gün ad günü - 24 yaşı tamam olan Kadriu özü keçidə isti yanaşır. Onun hansı komandaya transfer olmaq istədiyini hələ ki öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, Florian Kadriu peşəkar karyerası ərzində Albaniyanın "Tirana" (2015-2016), "Teuta" (2016), Makedoniyanın "Şkupi" (2016-2017) və "Rabotniçki" (2017) klublarında oynayıb. 2018-ci ildən "Renova" forma geyinən 24 yaşlı futbolçu başa çatan mövsümdə 23 oyuna çıxaraq 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Fanat.Az