Topaz Premyer Liqasında XIX turun statistik məlumatları açıqlanıb. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasında təqdim etdiyi məlumatlara əsasən ötən turun ən yaxşı "11-liy"i müəyyənləşib.
Rəmzi komandada "Neftçi"nin üstünlüyü var. Belə ki, "ağ-qaralar"ın 5 üzvü ən yaxşılar arasına düşüb. "Xəzər Lənkəran" və "Qarabağ"ın 2, "Rəvan" və "Bakı"nın 1 üzvü "11-liy"ə düşüb.
Qapıçı: Saşa Stamenkoviç (Neftçi).
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Tyeqo (Xəzər Lənkəran), Maksim Medvedev (Qarabağ).
Yarımmüdafiəçilər: Cavid İmamverdiyev (Neftçi), Manuel Skarlatake (Xəzər Lənkəran), Flavinyo (Neftçi), Juninyo (Bakı).
Hücumçular: Ernest Nfor (Neftçi), Tyaqo Mirasema (Rəvan).
Fanat.az