"Real" və "Barselona"nı məyus edən futbolçu "Fənərbağça"nın hədəfində

"Real" və "Barselona"nı məyus edən futbolçu "Fənərbağça"nın hədəfində
"Lokomotiv"in hücumçusu, icarə əsasında "Selta"da çıxış edən Fyodor Smolov karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az jurnalist Berkay Tokgözün "Twitter" hesabına istinadən xəbər verir ki, "Fənərbağça" Smolovu heyətinə qatmaq niyyətindədi. Tərəflər arasındakı ilk görüş uğurlu alınıb.
Rus futbolçu 2019-20 mövsümündə La Liqada 14 matçda meydana çıxıb və 2 qolla yadda qalıb. Smolov "Real" və "Barselona" ilə görüşlərdə fərqlənib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər