"Real Madrid"də şok itki - Ukraynalının ümidinə qalacaq

"Real Madrid"də şok itki - Ukraynalının ümidinə qalacaq

"Real Madrid" əsas qapıçısı Tibo Kurtuanı itirmək təhlükəsi ilə üzləşib. 

Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, belçikalı qolkiperin əzələsində problemlər yaranıb.

Mənbənin məlumatına görə, Kurtua aprelin sonuna qədər sıradan çıxma riski ilə üzləşib. Diaqnoz təsdiqlənərsə, o zaman ukraynalı Andrey Lunin “Kral klubu"nun qapısında yer alacaq.

Xatırladaq ki, “Real Madrid” apreldə İspaniya kubokunda Kataloniya “Barselona”sı ilə oynayacaq, həmçinin Çempionlar Liqasının 1/4 finalında London “Çelsi”si ilə qarşılaşacaq.

Kurtua bu mövsüm La Liqada 20 oyuna çıxıb və 18 qol buraxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər