"Real" - "Liverpul": ötən ilki heyət və 64-cü dəqiqə möhtəşəm qol

"Real" - "Liverpul": ötən ilki heyət və 64-cü dəqiqə möhtəşəm qol
Çempionlar Liqasının finalında "Liverpul"u 3:1 hesabı ilə yenən "Real" üçün bu oyun maraqlı məqamlarla yadda qalıb. 
Fanat.Az xəbər verir ki, baş məşqçi Zinəddin Zidan bu matçda turnirin ötən ilki finalında meydana buraxdığı start heyətinə şans verib. Fransız mütəxəssis ötən ilki heyətdə heç bir dəyişiklik etməyib. "Real" ötən ilki finalda "Yuventus"a 4:1 hesabı ilə qalib gəlmişdi. 
 
"Real" - "Liverpul": ötən ilki heyət və 64-cü dəqiqə möhtəşəm qol
"Real" 2017-ci il final
 
"Real" - "Liverpul": ötən ilki heyət və 64-cü dəqiqə möhtəşəm qol
"Real" 2018-ci il final
Bu il Çempionlar Liqasının 1/4 finalında da "Yuventus"la qarşılaşan "Real" 3:0 hesablı qələbə qazanmış və matçın 64-cü dəqiqəsində Kriştiiano Ronaldonun vurduğu akrobatik qol uzun müddət müzakirə mövzusu olmuşdu. "Liverpul"la finalda isə Beyl bənzər qol vurub. Məsələnin maraqlı tərəfi qolların bənzərliyi yox, eyni dəqiqədə vurulmasıdı. Belə ki, Beyl də Ronaldo kimi 64-cü dəqiqədə akrobatik vuruşla adını tabloya yazdırıb. 
 
"Real" - "Liverpul": ötən ilki heyət və 64-cü dəqiqə möhtəşəm qol
Ronaldonun "Yuventus"a vurduğu qol
 
"Real" - "Liverpul": ötən ilki heyət və 64-cü dəqiqə möhtəşəm qol
Beylin "Liverpul"a vurduğu qol
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər