Bu gecə Çempionlar Liqasının final oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, "Real" həlledici matçda "Liverpul"a qalib gəlsə, bir neçə rekordu qıracaq.
"Kral Klubu" b gecə qələbə qazansa, Çempionlar Liqası bu adla keçirilməyə başladıqdan sonra ardıcıl 3 mövsümdə kuboka sahib çıxan ilk komanda olacaq. 1992/93 mövsümündən bu adı daşıyan turnirdə heç bir komanda ardıcı 3 dəfə titulun sahibi olmayıb. Ardıcıl iki mövsüm Çempionlar Liqasının qalibi olan yeanə komanda da "Real"ın özüdü. Madrid klubu 2015/16 və 2016/17 mövsümlərində turnirin ən yaxşısı olb.
Turnir Çempionlar Kuboku adlananda isə rekord ardıcıl 5 çempionluq olub. Belə ki, "Real" 1956-1960-cı illərdə 5 dəfə kuboku muzeyinə aparıb. "Ayaks" 1971-1973, "Bavariya" 1974-1976-cı illərdə ardıcıl 3 dəfə kuboka sahib çıxıb.
* "Real" turnir Çempionlar Kuboku adlandığı 1955-1992-ci illər aralığında 6 dəfə qalib olub: 1956, 1957, 1958, 1959, 1960, 1966.
* "Kral Klubu" Çempionlar Liqası bu adla keçirilməyə başlandığı 1992/93 mövsümündən sonra da 6 dəfə çıxdığı finalların hamısını qazanıb: 1998, 2000, 2002, 2014, 2016, 2017.
* Madridlilər yarışın finalında cəmi 3 dəfə yeniliblər: 1962, 1964, 1981.
* "Liverpul" turnir Çempionlar Kuboku adlanan dövrdə 4 dəfə yarışın qalibi olub: 1977, 1978, 1981, 1984.
* "Qımızılar" turnir Çempionlar Liqası adlandığı dövrdə cəmi bir dəfə qalib adını qazanıb: 2005
* İngiltərə klubu iki dəfə final oyununda məğlub olub: 1985, 2007
"Real" və "Liverpul" indiyədək bir dəfə finalda qarşılaşıb. 1981-ci ilin 27 mayında Parisdə baş tutan qarşılaşmada ingilslər 82-ci dəqiqədə Alan Kennedinin vurduğu qolla qələbə qazanıb - 1:0.
Zidan tarix yazacaq
"Real"ın baş məşqçisi Zinəddin Zidan "Liverpul"a qalib gələcəkləri halda tarixi uğura imza atacaq. Ötən il 1992/93 mövsümündən bəri ardıcıl iki dəfə kuboku qazanan ilk baş məşqçi tarixə düşən fransız mütəxəssis bu gecə öz rekordunu qıraraq ardıcı 3 mövsümdə kuboka sahib çıxan ilk mütəxəsis ola bilər.
Futbolçu karyerası ərzində 2001/02 mövsümündə "Real"la bu kuboku qazanan 44 yaşlı məşqçi 2013/14 mövsümündə Karlo Ançelottinin köməkçisi olaraq yenidən Madrid klubu ilə kuboka sahib çıxmışdı.
Finalların komandası
Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək qarşılaşmada "Real" Çempionlar Liqasında ən çox final oynayan komanda olacaq. Turnir Çempiolar Liqası adlandığı dövrdə "Real", "Milan" və "Yuventus"la birlikdə 6 dəfə final oynayıb. Bu gecə Madrid klubu rekorda imza atacaq.
Futbolun paytaxtı Madrid
"Real" Çempionlar Liqasının qalibi olacağı halda 1994-cü ildən sonra ilk dəfə Avropanın iki böyük kuboku eyni şəhərə gedəcək. Belə ki, "Real"ın La Liqadakı rəqibi "Atletiko" mayın 16-da "Marsel"i 3:0 hesabı ilə yenərək Avropa Liqasının qalibi olub.
Sonuncu dəfə 1994-cü ildə iki kubok "Milan"a getmişdi. Həmin il "Milan" Çempionlar Liqasının finalında "Barselona"nı 4:0 hesabı ilə yenmişdi. UEFA Kubokunun finaında isə "İnter" iki oyunda "Zalsburq"a qalib gələrək kuboka sahib çıxmışdı.
"Real" "Liverpul"u yensə, UEFA Super Kubokunda ilk dəfə eyni şəhərin təmsilçiləri oynayacaq.
Fanat.Az