"Real" Beylə və Modriçi İstanbula gətirmədi

"Real" Beylə və Modriçi İstanbula gətirmədi
Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Qalatasaray"ın qonağı olacaq "Real" İstanbula gedib.
Fanat.Az xəbər verir ki, "Kral Klubu" Türkiyəyə 21 futbolçu gətirib. Qaret Beyl və Luka Modriç heyətdə yer almayıb. Baş məşqçi Zinəddin Zidan zədə səbəbindən bu futbolçuların xidmətindən yararlana bilməyəcək.
Qapıçılar: Tibo Kurtua, Alfons Areola, Dieqo Altube.
Müdafiəçilər: Dani Karvahal, Eder Militao, Serxio Ramos, Rafael Varan, Marselo, Alvardo Odriozola, Benjamin Mendi.
Yarımmüdafiəçilər: Toni Kroos, Kasemiro, Federiko Valverde, Xames Rodgires, İsko.
Hücumçular: Eden Hazard, Kərim Benzema, Luka Yoviç, Brahim Dias, Vinisius Junior, Rodriqo.
Qeyd edək ki, "Qalatasaray" - "Real" görüşü sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər