Rauf Cabarov Qəbələyə göndərilir

Rauf Cabarov Qəbələyə göndərilir

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun 3 qarşılaşmasının bütün təyinatları müəyyənləşib.

Fanat.Az xəbər verir ki, “Neftçi” – “Keşlə” oyununu Fərid Hacıyev idarə edəcək.

“Zirə” – “Sabah” görüşü isə Kamal Umudluya tapşırılıb.

19 fevral (şənbə)

15:00. “Qəbələ” – “Səbail” Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Rüfət Əmirov Qəbələ şəhər stadionu

17:15. “Neftçi” – “Keşlə” Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Ramiz Mustafayev “Bakcell Arena”

20 fevral (bazar)

17:00. “Zirə” – “Sabah” Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Aslan Şahgəldiyev Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər