Serxio Ramos MLS-ə keçməkdən imtina edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "SPORT" məlumat yayıb.
Xəbərə görə, ispaniyalı futbolçunun klubu PSJ Ramosla müqaviləni yeniləmək fikrindədir.
Cari sözləşmə mövsümün sonunda başa çatır. Mənbə qeyd edir ki, Ramos özü də Fransada qalmaq niyyətindədir.
Qeyd edək ki, 36 yaşlı müdafiəçi 2021-ci ildən PSJ-də çıxış edir.
Röya