Rafa Silva İstanbul klubunda?

Rafa Silva İstanbul klubunda?

"Benfika"nın futbolçusu Rafa Silva karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Takvim" yayıb. 

Xəbərə görə, portuqaliyalı yarımmüdafiəçi "Qalatasaray"ın diqqət mərkəzindədir. "Aslanlar"ın təcrübəli futbolçu ilə uzunmüddətli müqavilə imzalamaq istədiyi vurğulanıb. Mənbə "Qalatasaray"la yanaşı, İtaliyanın "İnter" və “Latsio" klublarının da Rafanın xidmətində maraqlı olduğunu vurğulayıb.

"Transfermarkt" portalı 30 yaşlı orta xətt oyunçusunun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.

Qeyd edək ki, Rafa cari mövsüm "Benfika" forması ilə 32 rəsmi maçtda 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər