Qvardiola "Tottenhem"ə meydan oxudu: "Yarımfinala yüksələcəyik"

Qvardiola "Tottenhem"ə meydan oxudu: "Yarımfinala yüksələcəyik"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Tottenhem"lə cavab oyunu öncəsi "Sky Sports"a açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, ispan nikbin danışıb: "Məncə, yarımfinala yüksələcəyik, buna inanıram. İlk matç bitəndən sonra hiss etdiyim şey bu idi. Oyuna təkrar baxdım. Bəlkə dəmən yanılıram, amma yarımfinala çıxacağımızı düşünürəm".

Qeyd edək ki, "Mançester Siti" - "Tottenhem" görüşü aprelin 17-i Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Tərəflərin ilk duelində "şəhərlilər” 0:1 hesabı ilə yenilib.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər