"Zaqatala"nın mərkəz müdafiəçisi iki klubun təklifini geri çevirdi

"Zaqatala"nın mərkəz müdafiəçisi iki klubun təklifini geri çevirdi

1-ci Liqanın ən yaxşı müdafiəçilərindən sayılan, son mövsümü "Zaqatala"da keçirən Nemət Şıxəmirovun karyerasını harada davam etdirəcəyi hələ də qeyri-müəyyəndir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı futbolçunun adı "Mingəçevir" və "Difai" ilə yanaşı çəkilsə də, o, danışıq apardığı klublarla razılığa gələ bilməyib. 

Ötən mövsüm "Zaqatala"dakı qazancından narazı qalan arxa xətt oyunçusunun yeni mövsümə hansı klubda başlayacağı hələ də dəqiqləşməyib. Hərçənd indiki durumda onun "sarı-qaralar"la müqavilə yeniləmək ehtimalı daha real görünür.

Xatırladaq ki, "Mingəçevir" 1-ci Liqadakı mübarizəni 4-cü, "Zaqatala" 5-ci pillədə başa vurub. Çempionatı 9-cu sırada tamamlayan "Difai" isə pley-off oyununda 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı (ötən mövsüm "Haypers Quba" adı ilə çıxış edib) 3:1 hesabı ilə yenərək 1-ci Liqadakı yerini qoruyub.

Rafael  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər