"Zaqatala" sabiq futbolçusunu geri qaytarmaq üzrədir

"Zaqatala" sabiq futbolçusunu geri qaytarmaq üzrədir

2-ci Liqa təmsilçisi "Quba"dan cari mövsümün gedişində ayrılan müdafiəçi Rüstəm Nuriyevin yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən futbolçu karyerasını 1-ci Liqada davam etdirməyə yaxındır.

Hazırda "Zaqatala"nın düşərgəsində olan Rüstəmin yaxın vaxtlarda bölgə təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir. 

Xatırladaq ki, Rüstəm ötən mövsüm də "Zaqatala"nın uğurları üçün çalışıb. Yayda "Mingəçevir"ə qoşulan arxa xətt oyunçusu sonradan baş məşqçi Ramiz Məmmədovun istəyi ilə "işıqçılar"la vidalaşmış və "Quba"ya keçmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər