"Zaqatala" Premyer Liqa təmsilçisi ilə də sınaq matçına çıxacaq

"Zaqatala" Premyer Liqa təmsilçisi ilə də sınaq matçına çıxacaq

1-ci Liqa təmsilçisi "Zaqatala"nın qış hazırlığı dönəmində üz-üzə gələcəyi daha bir rəqibin kimliyinə aydınlıq gəlib.

Bu Barədə Fanat.Az-a sözügedən komandanın baş məşqçisi Rüstəm Məmmədov məlumat verib:

"Region Liqası komandası "Qax" və "Mingəçevir"lə sınaq matçları keçirəcəyimizi sizə öncədən açıqlamışdım. Artıq yanvarın 18-də qarşılaşacağımız rəqibin də adı bəllidir. "Araz-Naxçıvan"la Bakıda oynamağı planlaşdırırıq".

Qeyd edək ki, 17 xalı olan "Zaqatala" qış fasiləsinə turnir cədvəlinin 5-ci pilləsində yollanıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər