"Öz "Neftçi"mizlə görüşlər daha maraqlı olur" - Qurban Qurbanov

"Öz "Neftçi"mizlə görüşlər daha maraqlı olur" - Qurban Qurbanov

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununda qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, "Gloria Sports Arena"da Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə qarşılaşan "köhlən atlar" 5:0 hesablı qalibiyyət əldə ediblər.

Komandamızın baş məşqçisi Qurban Qurbanov matçdan sonra fikirlərini jurnalistlərlə bölüşüb:

"İlk oyunumuz idi. Hazırlığımız pis getmir. Futbolçularımız istəklidirlər. Sanki özlərinə gəliblər. Həddindən artıq yorğun idilər. Kaşuk ilə Toral bir neçə gün hazırlıqdan uzaq qaldılar. Buna baxmayaraq hər şey qaydasındadır". 

- Rəqib gözləntilərinizi nə dərəcədə doğrultdu?

- Onların oyunlarını izləmişdik. Bir az dəyişiklər olduğunun fərqinə vardıq. Əvvəl başqa sistemlə oynayırdılar. Ümumən rəqibin performansını normal qiymətləndirirəm"

- Bizim "Neftçi" ilə bu "Neftçi" arasında hansı fərqlər var?

- Bizim "Neftçi" öz "Neftçi"mizdir. Baxmayaraq ki, bu klub Özbəkistanı təmsil edir, onlar da qardaşımızdır. Onlara da uğurlar arzulayıram. Təbii ki, öz "Neftçi"mizlə oyunlar daha maraqlı olur.

- Türkdilli dövlətlərdən hər hansı bir futbolçunun bizim ölkədə legioner sayılmaması tətbiq oluna bilər?

- Ola bilər. Bir neçə ildir ki, bu mövzu danışılır. Olsa heç də pis olmaz. Əgər olarsa bu ölkələr arasındakı bağlar daha da güclənər.

- Heyətə yeni oyunçu qatılacaq?

- Ola bilər. İnanın ki, mənim də qarşıma qoyulan əsas məsələlərdən biri transfer məsələsidir. Danışıqlar gedir. Hardasa uğurlu sayıla biləcək danışıqlar da var.

- Sizcə Qara Qarayev u-21 millimizə faydalı ola biləcəkmi?

- Faydalı olacağını düşünürəm. Bir neçə il futbolçu karyerasını davam etdirə bilərdi. Ancaq məşqçiliyə tez başlaması onun üçün müsbət amildir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər