"Xəzər Lənkəran"la bağlı növbəti iddia meydana gəlib. Bildirilir ki, Lənkəran təmsilçisi yaxşı tanıdığı "Vasluy"dan oyunçu almaq istəyir. Menecerlər komandaya Mayk Temvanyeranı məsləhət görüb. O, 1982-cü ildə Zimbabvedə dünyaya göz açıb. Ölkəsində "CAPS United"də oynadıqdan sonra Avropaya qaçıb.
İlk dayanacağı isə Serbiyada İvanjiça şəhəri olub. Şəhərin “Yavor” klubu afrikalıya qollarını açıb. Forvarddan xeyir ala bilməyən klub onu birinci liqa klubu "Boraç"a verib. Bir il də Serbiyada oynadıqdan sonra "Vasluy" Mayk heyətinə cəlb edib. Gəldiyi gündən “Vasluy”da əsas heyətdə oynayan zimbabveli komandaya dərhal öyrəşib. Həm yerli çempionatda, həm də avrokuboklarda komandasının vacib qollarını vurub.
"Vasluy"un heyətində keçmiş İntertoto Kubokunun oyunu çərçivəsində "Neftçi"yə qarşı forma geyinib. Bakıda 1:2 hesabı ilə məğlub olduqları oyunda Mike 85 dəqiqə meydanda olsa da, qol vura bilməyib. Rumıniyada keçirilən ikinci görüşdə isə afrikalı işinin öhdəsindən lazımınca gəlib. 2008-c ilin iyul ayında hesab 1:0 olarkən “Neftçi”nin qapısından ikinci qolu keçirirərək onlara “gülə-gülə” deyib.
İndi isə 31 yaşlı hücumçunun Azərbaycanda çıxış etmək şansı çıxıb. Mustafa Dənizli də rəhbərikdən forvardın alınmasını istədiyindən Mayk qışda baxışa gələcəyi gözlənilir. Cüssəli forvard “Vasluy”da 350 min avro qazanır.
futbol11.az