"Xəzər Lənkəran" "Bakı" üçün toplandı

"Xəzər Lənkəran" "Bakı" üçün toplandı

Premyer Liqanın XXXI turundan sonra iki günlük istirahətə buraxılan “Xəzər Lənkəran” dünən Lənkərandakı bazasında bir araya gəlib. Fanat.az xəbər verir ki, komanda may ayının 2-də səfərdə baş tutacaq "Bakı" ilə qarşılaşmanın hazırlığını doğma şəhərdə davam etdirəcək. 

Zədə səbəbindən son turu buraxan Vyekoslav Tomiç artıq komandaya qoşulsa da, fərdi olaraq məşqlərini davam etdirir. “Qəbələ” ilə görüşdə dizindən zədə alan İlyas Səfərzadə isə müalicə aldığından məşqlərə qoşulmur. 

“Xəzər Lənkəran” may ayının 1-də hazırlığını tamamlayıb paytaxta yola düşəcək və oyunöncəsi son məşqini matçın keçiriləcəyi stadionda tamamlayıb matç saatını gözləyəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər