"Xankəndi" Cavadova əvəzləyici tapdı

"Xankəndi" Cavadova əvəzləyici tapdı

Növbəti mövsümdən 1-ci Liqada çıxış  edəcək "Xankəndi"nin məşqçi korpusunda yeni təyinat olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Zaur Hacıyev özünə yeni köməkçi götürüb.

Ötən mövsümün gedişində "Zirə"nin U-19 komandasından ayrılan Seymur Şəbiyev  "Xankəndi"də çalışacaq.

Qeyd edək ki, son mövsümdə Zaur Hacıyevin əsas köməkçisi Ceyhun Cavadov olub. O, mövsümün sonunda Qarabağ təmsilçisindən ayrılıb. Cavadov 2-ci Liqanın debütantı "Marafon"a baş məşqçi təyin olunub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər