"Tottenhem"in yarımmüdafiəçisi "Lester"də - RƏSMİ

"Tottenhem"in yarımmüdafiəçisi "Lester"də - RƏSMİ

"Tottenhem"in futbolçusu Oliver Skipp iş yerini dəyişib.

Fanat.Az Hotspur təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqaya vəsiqə qazanan "Lester Siti"yə keçib.

Orta xətt oyunçusu "tülkülər"lə müddəti 2029-cu ilə qədər olan müqavilə bağlayıb.

Qeyd edək ki, İngiltərənin U-21 millisinə çağırılan Skipp son olaraq icarə əsasında "Norviç"in uğurları üçün çalışıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər