"Tottenhem"in kapitanı qərarını verdi

"Tottenhem"in kapitanı qərarını verdi

İngiltərə Premyer Liqasının bir neçə iddialı klubunun ciddi marağına baxmayaraq, "Tottenhem"in kapitanı Kristian Romero komandada qalmağa qərar verib.

Fanat.Az xəbər verir ki, argentinalı müdafiəçi Şimali Londonda hələ tamamlanmamış işlərinin olduğunu inanır və klubu yenidən qurma prosesində liderlik etməyə hazırdır.

28 yaşlı futbolçu rəhbərlikdən klubun uzunmüddətli layihəsi və yay transfer planları barədə zəmanət tələb edib.

Hazırda "Mançester Yunayted", "Brentford" və "Kristal Pelas" kimi klublar onun vəziyyətini yaxından izləsə də, Romeronun əsas üstünlüyü "Spurs"u yenidən turnir cədvəlinin üst sıralarına daşımaqdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər