"Tottenhem"in baş məşqçisi istefaya göndərildi - RƏSMİ

"Tottenhem"in baş məşqçisi istefaya göndərildi - RƏSMİ

"Tottenhem" rəhbərliyi əsas komandanın baş məşqçisi Tomas Frankı istefaya göndərib.

Fanat.Az xəbər verir ki, məlumatı London klubunun rəsmi saytı yayıb.

Mütəxəssislə yolların uğursuz nəticələr səbəbindən ayrıldığı bəyan edilib.

"Tottenhem" İngiltərə Premyer Liqasında (İPL) çıxdığı son 8 oyuna qələbə qazana bilməyib. Sözügedən komanda İPL-in turnir cədvəlində 29 xalla 16-cı pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin bu mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsini 17 xalla başa vurub və birbaşa 1/8 finalda iştirak hüququ qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər