"Tottenhem"ə azarkeşlik edirəm, amma..." - MY-nin yarımmüdafiəçisi

"Tottenhem"ə azarkeşlik edirəm, amma..." - MY-nin yarımmüdafiəçisi

Bu gün UEFA Avropa Liqasının final oyununda "Tottenhem"lə üz-üzə gələcək "Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen sabiq komandasına qarşı həlledici matç ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Disney+" belə çatdırıb:

"Bu mənim üçün xüsusi oyundur. "Tottenhem"ə azarkeşlik edirəm, amma bu finalda yox. Bu klubda yaşadıqlarım əla idi, hər şeyin fərqindəyəm. Təəssüf ki, titul qazana bilmədik. 

Öz oyunumuza köklənməli və qalib gəlməliyik. "Tottenhem" isə növbəti mövsüm titul əldə edə bilər".

Xatırladaq ki, danimarkalı futbolçu 2013-2020-ci illər aralığında "Tottenhem"in uğurları üçün çalışıb. o, 2022-ci ildən MY-nin formasını geyinir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər