"Tottenhem"dən 125 milyonluq transfer bombası

"Tottenhem"dən 125 milyonluq transfer bombası

"Tottenhem" qış transfer pəncərəsində böyük büdcə xərcləməyə hazırlaşır.

Fanat.Az "Football Insider" portalına istinadən xəbər verir ki, londonlular "Nottingem Forest"in ulduzu Morqan Qibbs-Vaytı heyətinə qatmaq üçün 125 milyon funt-sterlinqlik təklif hazırlayıb.

Yanvar ayında heyətini gücləndirməkdən çəkinməyən London təmsilçisi ingilis yarımmüdafiəçini transfer etmək üçün yenidən hərəkətə keçib.

Daha əvvəl 2025-ci ilin yayında da futbolçu ilə maraqlanan "Tottenhem" bu dəfə transferi yekunlaşdırmaqda qərarlıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər