"Tottenhem"də yeni müqavilə - RƏSMİ

"Tottenhem"də yeni müqavilə - RƏSMİ

İngiltərənin "Tottenhem" klubu müdafiəçisi Ben Devislə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, informasiyanı London təmsilçisinin mətbuat xidməti yayıb.

33 yaşlı futbolçu müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb. O, yeni müqavilə bağlayandan sonra bir cümlə ilə kifayətlənib: "Mən bütün ruhumla bu kluba sadiqəm və bacardığımı əsirgəməyəcəyəm".

Devis 2014-cü ildən "Tottenhem"dədir. Paytaxt komandasının forması ilə 12 il ərzində 363 rəsmi matça çıxan arxa xətt oyunçusu 10 və 26 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər