"Tottenhem" son 20 ildə bu vəziyyətə düşməmişdi

"Tottenhem" son 20 ildə bu vəziyyətə düşməmişdi

İngiltərə Premyer Liqasının (İPL) 32-ci turunda "Vulverhempton"a 2:4 hesabı ilə uduzan "Tottenhem" son 20 ilin antirekorduna imza atıb.

Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, Angelos Postekoğlunun çalışdırdığı komanda cari mövsüm İPL-də 17 məğlubiyyətə üzülüb.

Bu, London təmsilçisinin 2003/2004 mövsümündən bəri ən pis nəticəsidir. Həmin vaxt paytaxt klubu 19 yenilgi ilə yadda qalıb.

Qeyd edək ki, 32 tura 37 xal toplayan "Tottenhem" turnir cədvəlinin 15-ci pilləsində mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər