İngiltərənin elita təmsilçilərindən olan "Tottenhem" "Leyptsiq"in (Almaniya) və Niderland millisinin yarımmüdafiəçisi Xavi Simonsu transferini tamamlamaq üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, tərəflər 22 yaşlı futbolçunun keçidi ilə bağlı razılığa gəliblər. Mənbə London klubunun qarşı tərəfə 60 milyon avro ödəyəcəyini vurğulayıb. Simonsun artıq Londonda tibbi müayinədən keçdiyi də diqqətə çatdırlıb.
Qeyd edək ki, Xavi ötən mövsüm "Leyptsiq"in heyətində bütün turnirlərdə 33 matça çıxaraq 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat