"Tottenhem" Savinyo üçün 60 milyon ödəməyə hazırdır

"Tottenhem" Savinyo üçün 60 milyon ödəməyə hazırdır

Londonun "Tottenhem" klubu ötən il heyətinə qata bilmədiyi braziliyalı cinah hücumçusu Savinyonun transferi üçün yenidən hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "Football Insider" portalının əldə etdiyi eksklüziv məlumata görə, "Mançester Siti"nin heyətində kifayət qədər oyun şansı qazanmadığı üçün narahat olan 22 yaşlı vinger "Etihad" stadionundan ayrılmağa tamamilə açıqdır.

"Spurs" rəhbərliyi gənc istedada baş məşqçi Roberto De Zerbinin oyun sistemində əsas və aparıcı rollardan birini vəd edir. Lakin bu transfer London klubuna ucuz başa gəlməyəcək. Belə ki, transferin təxminən 60 milyon funt-sterlinq civarında reallaşacağı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər