"Tottenhem" - "Mançester Yunayted" oyununda 7 qol: Yarımfinal cütləri müəyyənləşdi - VİDEO

"Tottenhem" - "Mançester Yunayted" oyununda 7 qol: Yarımfinal cütləri müəyyənləşdi - VİDEO

İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, “Tottenhem” öz meydanında “Mançester Yunayted”lə qarşılaşıb.

Məhsuldar keçən oyunda Tottenhem” 4:3 hesablı qələbə ilə yarımfinala yüksəlib.

 

1/4 finalın digər oyunlarına gəlincə, "Arsenal" "Kristal Pelas"ı (3:2), "Nyukasl" "Brentford"u (3:1), "Liverpul" "Sauthempton"u (2:1) məğlub edib. 

Beləliklə, İngiltərə Liqa Kubokunun yarımfinalında bu cütlər qarşılaşacaqlar:

"Arsenal" - "Nyukasl" "Tottenhem" - "Liverpul"

İki dueldən ibarət olacaq yarımfinalın ilk oyunları 2025-ci il yanvarın 8-də, cavab oyunları fevralın 5-də keçiriləcək. Turnirin finalı 2025-ci il martın 16-da Londondakı "Uembli" stadionunda baş tutacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər