"Tottenhem" Ferran Torres uğrunda yarışa qoşuldu

"Tottenhem" Ferran Torres uğrunda yarışa qoşuldu

"Tottenhem" hücum xəttini gücləndirmək məqsədilə "Barselona"nın vingeri Ferran Torresin transferi üçün mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, Kataloniya klubu bu yay ispaniyalı hücumçunu satmağa tamamilə hazırdır.

Müqaviləsinin son ilinə qədəm qoyan Torres üçün müəyyən edilən transfer qiyməti 35 milyon avrodur.

İngiltərə təmsilçisi futbolçunun müqavilə müddətinin az qalmasından istifadə edərək keçidi tezliklə bitirmək istəyir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər