"Tottenhem" bu mövsüm MY-nin "nəfəsini kəsib"

"Tottenhem" bu mövsüm MY-nin "nəfəsini kəsib"

Avropa Liqasının bu gecə baş tutan finalında "Mançester Yunayted"i məğlub edən "Tottenhem" bu mövsüm "qırmızı şeytanlar"a aman verməyib.

Fanat.Az-ın məlumatına görə, London təmsilçisi cari "futbol ili"ndə bu rəqibə qarşı keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb. 

Yaxşı günlərini yaşamayan MY Angelos Postekoğlunun komandasına Premyer Liqada iki dəfə yenilib - 0:3, 0:1. Bundan başqa, tərəflərin yolları İngiltərə Liqa Kubokunun 1/4 finalında da kəsişib. Dekabrın 19-da reallaşan görüş paytaxt təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər