"Söymək və ürəyimi boşaltmaq istəyirəm" - "İnter"in yarımmüdafiəçisi

"Söymək və ürəyimi boşaltmaq istəyirəm" - "İnter"in yarımmüdafiəçisi

UEFA Çempionlar Liqasının dünən keçirilən final oyununda PSJ-yə 0:5 hesabı ilə uduzan "İnter"in yarımmüdafiəçisi Nikolo Barella həlledici matçdan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "La Gazzetta dello Sport" belə çatdırıb:

"Söymək və ürəyimi boşaltmaq istəyirəm, amma özümü saxlamağa çalışıram. Baş verənlərə görə çox üzgünəm. Çünki bu hesab müəyyən anlamda mövsüm ərzində gördüyümüz işləri kölgə altına salır. Futbolda da həyatda olduğu kimi, yalnız nəticə yadda qalır. Lakin mən komandamla fəxr edirəm. PSJ-ni təbrik edirəm. Onlar hər şeydə buzdən üstün idilər".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər