"Sumqayıt"la oyunda diqqətli olmalıyıq" - "Fehervar"ın qapıçısı

"Sumqayıt"la oyunda diqqətli olmalıyıq" - "Fehervar"ın qapıçısı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah "Sumqayıt"la üz-üzə gələcək Macarıstan "Fehervar"ının qapıçısı Balaj Tot açıqlama verib.

Fanat.Az-ın "M4 Sport"a istinadən məlumatına görə, qolkiper belə danışıb:

"Sumqayıt"la səfər matçına təmkinli və müdafiə planında diqqətli başlamalıyıq. Biz rəqibin hansı gücdə olduğunu bilmirik. Amma növbəti mərhələyə çıxmaq üçün diqqətli olmalıyıq".

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Tərəflərin cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda reallaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər