"Sumqayıt"ın sabiq üzvü separatçıların klubunda

"Sumqayıt"ın sabiq üzvü separatçıların klubunda
"Sumqayıt"ın sabiq futbolçusu Adil İbrahimov Rusiyanın Ukraynadan qopardığı Sevastopolun SKÇF komandasına keçib. Fanat.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Rusiyanın II divizionunun "Cənub" zonasında çıxış edən klubla 1 illik müqavilə bağlayıb. 
Qeyd edək ki, Adil İbrahimov Dağıstan futbol məktəbinin yetirməsidi. O, 2013-cü ilin iyulunda "Sumqayıt"la 2 illik müqavilə bağlayıb. Milliyyətcə azərbaycanlı olduğu bildirilən İbrahimov bu ilin iyununda "Sumqayıt"la yollarını ayırıb. O, ölkəmizdə 33 oyun keçirib və 2654 dəqiqə oynayıb. Adil əvvəllər Rusiyanın "Ximki" və "Fakel", eləcə də Latviyanın "Skonto" klublarında çıxış edib.   
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər