"Sumqayıt"ın sabiq üzvü Rusiyada əvəzedilməzdi

"Sumqayıt"ın sabiq üzvü Rusiyada əvəzedilməzdi
Yayda "Sumqayıt"dan ayrılan Adil İbrahimov yenidən Rusiyaya qayıtdı. Fanat.az xəbər verir ki, 25 yaşlı rusiyalı müdafiəçi Sevastopolun 2-ci liqada çıxış edan dən SKÇF (Sportivnıy klub Çernomorskoqo flota) klubunda çıxış edir.
Adil komandanın əsas futbolçularından biri hesab olunur. Belə ki, baş məşqçi Sergey Diyev ona komandanın çempionatdakı 9 oyunundan 8-də şans verib və bütün matçlarda 90 dəqiqə oynadıb. 
İbrahimov kubokda da meydaana çıxıb. O, komandasının əlavə vaxtda qələbə qazandığı (1:0) "Taqanroq" matçında 120, 0:2 hesabı ilə yenildiyi "Volqar" (Astarxan) oyununda 90 dəqiqə oynayıb. 
Qeyd edək ki, Adil 2013/14 mövsümündə "Sumqayıt"ın heyətində 33 oyun keçirib və 2654 dəqiqə oynayıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər