"Sumqayıt" 2015/16 mövsümü üçün hazırlığın ilk mərhələsinə iyulun 1-də start verəcək. Fanat.az xəbər verir ki, komanda gündə 2 dəfə olmaqla "Kapital Bank Arena"da hazırlaşacaq.
Bu müddət ərzində "Sumqayıt" 3 yoxlama matçı keçirəcək. İlk oyun iyulun 4-də "Kəpəz"ə qarşı olacaq. Həmin qarşılaşma saat 18.00-da "Dalğa Arena"da baş tutacaq.
"Sumqayıt" növbəti yoxlama oyununu iyulun 11-də AZAL-a qarşı keçirəcək. Bu matç isə "Kapital Bank Arena"da saat 19.00-da start götürəcək.
Digər rəqib isə hələ məlum deyil.
Fanat.az