"Sumqayıt" 2015/16 mövsümü üçün transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verur ki, "gənclik şəhəri" təmsilçisi Məhəmməd Alıyev və Nuran Qurbanovun ardından daha bir futbolçunu heyətinə qatıb.
Belə ki, son olaraq "Xəzər Lənkəran"da çıxış etmiş Ağabala Ramazanov növbəti mövsümdən "Sumqayıt"ın uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ağabala Ramazanov son mövsümdə "Xəzər Lənkəran"ın heyətində 22 oyun keçirib və 5 qol vurub. O, Lənkəran klubuna "Neftçi"dən transfer olunmuşdu.
Fanat.az