Dünən Budaq Nəsirovla müqavilə imzalayan "Sumqayıt" daha bir futbolçu ilə güclənib. Fanat.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Xəzər Lənkəran"dan ayrılan sabiq yarımmüdafiəçisi Uğur Pamuku heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.
Futbolçu ilk açıqlamasını klubun rəsmi saytına verib: "Sumqayıt" mənim doğma klubumdur. Yenidən evimə qayıtdım. "Sumqayıt"da uğur qazanıb yenidən milli komandaya yüksəlmək istəyirəm. Bir müddətdir ki, yaşıl meydanlardan uzağam. İnşallah tez bir zamanda formamı bərpa edib komandama kömək edərəm".
Qeyd edək ki, Uğur 2012-2013-cü illərdə "Sumqayıt"da 28 qarşılaşmada meydana çıxıb və 3 qol vurub. 2012/13 mövsümündə "Xəzər Lənkəran"a keçən futbolçu 19 oyunda 2 qola imza atıb. Pamuk 203/14 mövsümünün ikinci yarısında "Sumqayıt"a icarəyə verilib - 13 oyun, 2 qol. O, milli komandamızın heyətində 2 oyuna çıxıb.
Fanat.az