"Sumqayıt"da yeni müqavilə

"Sumqayıt"da yeni müqavilə
"Sumqayıt" daha bir futbolçu ilə müqavilənin müddətini artırıb. Fanat.az xəbər verir ki, komanda kapitan Aleksandr Çertoqanov ilə 1 illik sazişə imza atıb. Çertoqanov ötən mövsüm olduğu kimi bu mövsümdə də 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 35 yaşlı Çertoqanov 2014/15 mövsümündə "Sumqayıt"da ən çox oyun keçirmiş 3 futbolçudan biridi. O, ümumilikdə 30 qarşılaşmada 2564 dəqiqə meydanda olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər