"Sumqayıt" üçün Türkiyə və Türkmənistan klubları

"Sumqayıt" üçün Türkiyə və Türkmənistan klubları

2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Kartepe bölgəsində keçirəcək. Fanat.az xəbər verir ki, qonşu ölkədə 5 yoxlama oyunu keçirəcək Aqil Məmmədovun komandasının daha iki rəqibi müəyyənləşib. 

Belə ki, "Sumqayıt" iyulun 23-də Türkiyənin PTT 1-ci liqasında çıxış edən "Manisaspor"la qarşılaşacaq. İyulun 25-dəki rəqib isə Türkmənistanın "Altın Asır" klubu olacaq.

Qeyd edək ki, "Sumqayıt" iyulun 17-də İranın "İstiqlal Əhvaz", 3 gün sonra Özbəkistan çempionu "Bunyodkor"la üz-üzə gələcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər