"Sumqayıt" Türkiyədə necə hazırlaşır? - FOTOLAR-VİDEO

"Sumqayıt" Türkiyədə necə hazırlaşır? - FOTOLAR-VİDEO

Topaz Premyer Liqasında 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirir. Fanat.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla hazırlaşır. 

Heyətdə zədəli futbolçu yoxdu. Bərpa prosesini tamamlamaqda olan gənc futbolçu Fərid Kərimzadə də artıq komanda ilə birlikdə məşq edir. 

"Sumqayıt" sabah növbəti yoxlama oyununa çıxacaq. Təmsilçimiz əvvəlcədən xəbər verildiyi kimi "Bunyodkor"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.

Qeyd edək ki, "Sumqayıt" ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuşdu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər