"Sumqayıt" sabiq futbolçusunu geri qaytardı

"Sumqayıt" sabiq futbolçusunu geri qaytardı

"Sumqayıt" sabiq futbolçusu Sərtan Taşkını geri qaytarıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsümü Türkiyənin "Manisa" klubunda keçirmiş müdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.

Azərbaycan millisinin 26 yaşlı futbolçusu "Sumqayıt"ın heyətində 2 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2019/2020 mövsümündə də Sumqayıt təmsilçisində çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər