"Sumqayıt" - "Qəbələ" matçının saatı müəyyənləşdi

"Sumqayıt" - "Qəbələ" matçının saatı müəyyənləşdi
Topaz Premyer Liqasının son turunda "İnter"lə heç-heçə edən (0:0) "Sumqayıt" 4 günlük istirahəti başa vurub. Fanat.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün "Kapital Bank Arena"da səhər məşqinə çıxıb. 
A milli komandamızın heyətində yer alan Məhəmməd Qurbanov və U-21-in düşərgəsində olan 3 futbolçu - Şahradin Məhəmmədəliyev, Tərlan Əhmədli və Cəmil Hacıyev hazırlığa nisbətən gec qoşulacaq. Heyətdə zədəli futbolçu yoxdu. 
Növbəti tura hazırlıq məqsədi ilə "Sumqayıt" "Qəbələ" ilə yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma noyabrın 12-də saat 14.00-da "Kapital Bank Arena"da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər